21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Qusara təyin olunan icra başçısı kimdir? – DOSYE

     Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Sahir Polad oğlu Məmmədxanov Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
    Yeni təyin olunan icra başçısının dosyesini təqdim edirik:
    Sahir Polad oğlu Məmmədxanov 1959-cu ildə İsmayıllı rayonunda anadan olub.O, 1985-ci ildə Rusiya Federasiyasının Tver şəhərinin Kalinin adına Dövlət Universitetinin İqtisadiyyat fakültəsi bitirib.
     1985–1993-cü illərdə Tver şəhərinin “Elektroaparatura” zavodunda iqtisadçı, maliyyə-müqavilə şöbəsinin rəisi və Hərbi Sənaye Nazirliyinin “Kalininmaşdetal” istehsalat birliyində baş mühasib vəzifəsində çalışıb.1993-ci ildə Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində müfəttiş, 1994–1999-cu ilə qədər müfəttiş, şöbə rəisi kimi işləyib.
     1999-da isə “İri vergi ödəyiciləri ilə iş üzrə” Baş idarə rəisinin müavini, daha sonra həmin ildən 2001-ci ilədək Baş idarənin rəisi vəzifəsini icra edib.2001 – 2009-cu illərdə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi vəzifəsində çalışıb.
     Azərbaycan Respublikası Prezidentinin 4 mart 2009-cu il tarixli Sərəncamı ilə Vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli Sərəncamı ilə Vergilər nazirinin birinci müavini vəzifəsinə təyin olunub.
     Ailəlidir. 2 övladı var.


Tarix: 9-07-2024, 13:13 Oxunub: 202


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı