Beş rayonun qazı kəsiləcək

Qaz təchizatı sistemində görüləcək təmir işləri ilə əlaqədar bu gün saat 10:00-dan etibarən Bakının Xəzər, Sabunçu, Binəqədi, Nəsimi və Yasamal rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
 
Təmir-bərpa işləri aparılan müddətdə Xəzər rayonu üzrə Şağan qəsəbəsinin, Sabunçu rayonu üzrə Maştağa qəsəbəsinin Maştağa Albalılıq, Bilgəh Albalılıq yaşayış massivlərinin bir hissəsinin, Şəfai, Xanlar, Zərdabi, Mehdi Hüseyn küçələrinin, Binəqədi rayonu üzrə Süleyman Sani Axundov, İlham Hacıyev, Abay Kunanbayev, Aydınbəyov küçələrinin, Nəsimi rayonu üzrə Asif Məhərrəmov küçəsinin, Yasamal rayonu üzrə isə Zərdabi küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Tarix: 13-06-2024, 11:43 Oxunub: 727


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930