Bakının bu ərazilərinin qazı kəsiləcək

Bu gün Bakının iki qəsəbəsinin qaz təchizatında müvəqqəti yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
 
Bildirilib ki, “Digah” Qazpaylayıcı Stansiyasından (QPS) qidalanan "Mayak” və "Pir” orta təzyiqli qaz kəmərlərinin, həmçinin “1 May” ölçü qovşağından qidalanan əhali qaz xəttinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması məqsədi ilə mayın 20-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
 
Qaz təchizatı dayandırılan müddətdə Pirallahı və Nardaran qəsəbələrinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Tarix: 20-05-2024, 11:43 Oxunub: 674


Bölməyə aid digər xəbərlər
28-02-2024, 19:42 Bu rayonlarda qaz kəsiləcək
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31