DNT analizinin cavabı - Qalıqlar Mikayıl Müşfiqə aid deyilmiş...

“Mikayıl Müşfiqə aid olduğu iddia edilən meyit qalıqları üzərində DNT analizləri aparılıb, həmən qalıqların ona aid olmadığı təsdiqlənib.” Bunu Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, tibb elmləri doktoru, professor Ədalət Həsənov deyib.
 
O bildirib ki, nakam şairə aid olması ehtimal edilən aşkar olunmuş bütün sümük qalıqları üzərində DNT analizləri aparılıb: “Bu analizlərin heç biri təsdiqini tapmadı. Tapılan qalıqların heç biri Mikayıl Müşfiqə aid olmadı”.
 
Ədalət Həsənov onu da vurğulayıb ki, Mikayıl Müşfiqin sümük qalıqları bu günə qədər hələ aşkar edilməyib. Bir neçə il əvvəl Qaradağ rayonu Puta qəsəbəsində Mikayıl Müşfiqə aid olması iddia edilən meyit qalıqları aşkarlanıb.
 
Xatırladaq ki, bu gün nakam Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasından 116 il ötür.


Tarix: 5-06-2024, 15:12 Oxunub: 353


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930