Fiziki məhdudiyyətli şəxsə əlillik təyin edilmir

    Ayağından ağır xəsarət alan şəxsə əlillik dərəcəsi verilmir.
   İsmayıllının Soltan kənd sakini Ceyhun Hacıyev bir il əvvəl ağır yol-nəqliyyat hadisəsinə uğrayıb.
Nəticədə də onun sağ ayağı hərəkət funksiyasını itirib. O, xeyli müddət müalicə alsa da, nəticəsi qənaətbəxş olmayıb.
Belə vəziyyətdən sonra Ceyhun Hacıyev əlillik dərəcəsi almaq üçün aidiyyəti quruma müraciət edib. Vətəndaşın sözlərinə görə, o, yenidən əlavə müayinələrə yönləndirilib və get-gələ düşüb.
     Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, Ceyhun Hacıyevə əlillik dərəcəsinin təyin olunmamasına səbəb sənədlərdə diaqnozun düzgün qeyd edilməməsidir.
     Agentlikdən qeyd olunub ki, bununla bağlı Ceyhun Nağıyevə lazımi məsləhətlər verilib.
    Ətraflı süjetdə:


Tarix: 9-05-2024, 07:09 Oxunub: 263


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930