Ayaqlarını itirən 20 yaşlı Qarabağ qazisi üçün protez hazırlıqlarına başlanıldı

İkinci Qarabağ müharibəsinin 20 yaşlı qazisi üçün qısa zamanda protez hazırlanacaq. 
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məlumat verilib. 
Bildirilib ki, agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi İkinci Qarabağ müharibəsinin qazisi Alxasov Camal İlqar oğlu mərkəzə dəvət edib:
“Qazimiz müayinə olunub və hazırlanacaq protez üçün ölçü götürülüb. Qısa zamanda qazimiz üçün yüksək texnologiyalara cavab verən protez hazırlanaraq ona təqdim ediləcək”.
Məlumatda o da qeyd olunub ki, qazimizin əlillik dərəcəsinin müəyyən olunması istiqamətində də tədbirlər görüləcək:
“Onun əlillik dərəcəsinin müəyyən olunması və həmin dərəcəyə uyğun şəkildə ödənişlərin, eləcə də sosial ödənişlərin təmin edilməsi həyata keçiriləcək”.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsinin 20 yaşlı qazisi Alxasov Camal İlqar oğlu oktyabrın 31-də Qubadlı istiqamətində gedən döyüşlərdə ağır yaralanıb.
Qazimizlə müsahibəni öncə təqdim etmişdik:
 http://atia.az/cemiyyet/3024--medall-20-yal-qaraba-qazisi-ayaqlarm-yaralandm-yerd-basdrdlar-msahb.html


Tarix: 9-02-2021, 19:46 Oxunub: 1 099


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930