Heydər Əliyev Mərkəzində “Açıq qapı” günləri keçirilir - QAZAXDA

    06 may 2024-cü il tarixdə Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Dahi Rəhbər, Böyük Xilaskar, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar YAP Qazax rayon təşkilatı Aparatının işçiləri və fəalları Qazax rayon ictimaiyyəti üçün müqəddəs məkana çevrilmiş Qazax rayon Heydər Əliyev Mərkəzində "Açıq qapı” günlərində iştirak etdilər və Dahi Rəhbər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək onun əziz xatirəsinə bir daha hörmət və ehtiramlarını bildirdilər. 
     Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli və mənalı  ömür yolunu əks etdirən sərgi və fotostendlə tanış oldular, Ulu Öndərin böyük xilaskarlıq missiyasını və müstəqil Azərbaycanımızın həyatındakı müstəsna xidmətlərini əks etdirən filmi izlədilər. 
     Sonda Ümummilli Liderin şah əsəri olan Müstəqil Azərbaycan dövlətinin xəritəsi ətrafında Dahi Rəhbərin uzaqgörən siyasəti, xilaskarlıq missiyası və misilsiz xidmətləri barəsində geniş söhbətlər aparıldı. 


Tarix: 6-05-2024, 12:17 Oxunub: 1 026


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930