Son dönəmdə ölkənin daxilində terror hadisəsi araşdırılarkən, sərhədlər və təhlükəsizlik məsələləri öz əhəmiyyətini qoruyur. "Hilal" İctimai Birliyinin sədri Arzuman Abdulkərimov verdiyi açıqlamada, bu məsələləri dəyərləndirir:
“Bu günlərdə Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi çox uğurlu əməliyyat nəticəsində ölkə daxilində yüksək vəzifəli şəxsə qarşı terror hadisəsinin törədilməsinin qarşısı alınıb. Bu izlər bizi qonşu dövlətlərdən birinə aparır. Bu məsələdə araşdırılacaq. İndi biz burada Solovyovun məntiqi ilə Rusiya izi axtarmalı deyilik. Yəni, bildiyiniz kimi həmin şəxslər də planlaşdırırdılar ki, o yüksək vəzifəli məmuru öldürdükdən sonra ona qarşı terror hadisəsi törətdikdən sonra Rusiyaya qaçmalı idilər. Salavyol məntiqi ilə biz də deyə bilərik ki, elə bu terror hadisəsinin arxasında Rusiya dövləti durur. Amma biz belə düşüncədə deyilik. Təbii ki, bu məsələləri istintaq orqanları araşdırılıb öz belə deyə ədalətli qiymətini verəcəklər”.
Sərhədlərin açılması və bağlanması ilə əlaqədar fikir ayrılıqları gün ərzində artmaqdadır. Arzuman Abdulkərimov düşünür ki, bu məsələlərdə tələskənliyə yol vermək olmaz: “Dövlət bu düşüncələrdə olan belə bir qərarlar verəndə belə düşüncələr səsləndiriləndə. Adətən dövlət ağlı ilə düşünmək lazımdır. Mən hesab edirəm ki, yüksək rəhbərliyimiz daha çox informasiyalara malik olduğu üçün hələ ki, sərhədlərin bağlı qalmasında qərarlar verirlər. Düzdür, quru sərhədlərinin bağlanması müəyyən çətinliklər törədir. Amma bu da dövlət maraqları daha üstünlük təşkil etməlidir və o baxımdan mən düşünürəm ki, sərhədlərin açılması ilə bağlı qərarlar da bu gün üçün düzdür. Vətəndaşlarımızın gedib gəlməsi ilə bağlı problemlər var. Amma düşünürəm ki, dövlətin təhlükəsizliyi hər şeyi yüksək olmalıdır, hər şeydən öndə gəlməlidir".
Pərvanə Fərhadqızı
Bölməyə aid digər xəbərlər