AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİ YANINDA ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİNİN RƏSMİ MÖVQEYİ
Qazax şəhəri, Mehdi Hüseyn adına olan parkda Qazax şəhər Bələdiyyəsinin mülkiyyətinə aid 40.0 kv.m torpaq sahəsində Süleymanov Pərviz Alı tərəfindən hüquqmüəyyənedici sənədlər olmadan tikinti işlərinin aparılması halı müəyyən edilmiş və bununla bağlı səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsi məqsədilə AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİ YANINDA ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİ(XİDMƏTİN RƏİS MÜAVİNİ CƏNAB ELÇİN YUSUBOV, İCRAÇI F.MAZANLI-ƏLAQƏ TELEFONU: 012-533-07-72, BLANK N 014585) tərəfindən 22 iyul 2022-ci il tarixli, 220120311112 saylı Qazax rayon İcra Hakimiyyətinə məktub ünvanlanmışdır.
Ümid edirik ki, Qazax rayon İcra Hakimiyyəti Qazax şəhər Bələdiyyəsinin və Qazax RİHB-nın Memarlıq və Tikinti Şöbəsinin etdiyi hüquqazidd əməlləri barədə sərt tədbirlər görəcəkdir və baş verən qanunsuzluğa son qoyacaq, sosial ədalət prinsiplərinin cəmiyyətdə bərqərar olmasını təmin edəcəkdir.
Digər Dövlət Orqanlarından da mənim məktubum baxılması üçün Qazax rayon İcra Hakimiyyətinə göndərilmişdir.
Həmin məktublarla bağlı Qazax rayon İcra Hakimiyyətinin rəsmi görəcəyi tədbirləri gözləyirik.
Hörmətlə:
Rüstəm Vəliyev.
Tarix: 29.07.2022-ci il.
Bölməyə aid digər xəbərlər