21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Qarabağdakı ilk məktəblərin ilk məzunları

Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 82 883 nəfər iştirak edib. Onlardan 55 656 nəfəri (o cümlədən 7 287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27 117 (o cümlədən 1 579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28 539 (o cümlədən 5 708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
 
Bu il tələbə adını qazananlar arasında işğaldan azad olunmuş ərazilərdə tikilən 5 məktəbin məzunları da var. Belə ki, 2023-cü ildə fəaliyyətə başlayan Tərtər rayonu Talış kənd tam orta məktəbinin yeganə məzunu Alasova Səbinə Zahid qızı V qrup üzrə 76 bal toplayıb. O, kolleclərə ixtisas seçimində iştirak edib.
 
Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdən isə bu il 8 nəfər məzun olub. Onlardan 5 nəfəri ali məktəbə sənəd verib, 4 nəfər tələbə adını qazanıb, 1 nəfər isə kolleclərə qəbul üçün sənədlərini təqdim edib.

Laçın şəhər 2 nömrəli tam orta məktəbdən bu il 4 nəfər, Laçın rayonu Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbindən 3 nəfər, Zəngilan rayon Ağalı kənd tam orta məktəbindən isə 3 nəfər məzun olub, hər məktəbdən 1 nəfər tələbə adını qazanıb.


Tarix: 30-08-2024, 13:23 Oxunub: 249


Bölməyə aid digər xəbərlər