“Molokan” bağına giriş bağlandı

Bir müddət əvvəl ətrafı avtomobillər üçün bağlanan, Bakının “Molokan” bağı kimi tanınan Xaqani parkı hasarlanıb. Bağa giriş-çıxış bağlanıb, ərazidə təmir işlərinə başlanılıb. 

Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, hasarlanma parkın ərazisinin genişləndirilməsi ilə əlaqədardır: “Hazırlanmış xüsusi layihə əsasında Xaqani bağı və ətraf ərazilərin abadlaşdırılması həyata keçirilir. Sakinlərin müraciətləri ilə aparılan işlər çərçivəsində parkın ərazisi genişləndiriləcək və piyadaların istifadəsinə veriləcək”.

Xatırladaq ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən mart ayının əvvəllərindən etibarən Xaqani parkının ətrafına avtomobillə giriş bağlanıb. Həmçinin həftəsonları bağın yaxınlığındakı bəzi küçələrə avtomobillərin hərəkətinə mədudiyyət qoyulur. 


Tarix: 17-05-2024, 12:53 Oxunub: 3 152


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930