Ağstafada səs yazısı yayılan məktəb direktoruna cinayət işi açıldı - VİDEO

Ağstafada səs yazısı yayılan məktəb direktoruna cinayət işi açılıb.
Baş Prokurorluqdan  bildirilib ki, mediada məktəb direktorunun səs yazısının yayılması faktı ilə bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla Ş.Abadov adına Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin məktəbin müəllimlərindən təyin edilmiş dərs saatlarına görə müxtəlif məbləğlərdə pul tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq davam edir.
Xatırladaq ki, sosial şəbəkələrdə M.Məmmədovanın səs yazısı yayılmışdı. O, rəhbərlik etdiyi təhsil müəssisəsində işləyən müəllimdən əlavə dərs saatları müqabilində pul istəyirdi. Müəllim isə cavabında imkanının olmadığını söyləyirdi.


Tarix: 24-02-2022, 16:45 Oxunub: 472


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31