Dövlət İmtahan Mərkəzi tərəfindən 2021-ci il dekabrın 26-da Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə yeni imtahan modelinə uyğun sınaq imtahanı keçiriləcək.
DİM-dən verilən xəbərə görə, sınaq imtahanında iştirak etmək üçün qeydiyyat 16 dekabr saat 23:59-dək davam edəcək.
Sınaq imtahanı 2020-ci ildə tətbiq edilməsi nəzərdə tutulan və ictimaiyyətə elan edilən, lakin pandemiyaya görə həyata keçirilməsi təxirə salınan imtahan modelinə uyğun keçiriləcək.
Burada abituriyentlərin dinləyib-anlama qabiliyyətləri də yoxlanılacaq. Həmçinin yazılı şəkildə cavablandırılması tələb olunan 3 tapşırıqdan istifadə olunacaq.
İmtahanda abituriyentlərə 30 tapşırıq:
dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 (3 qapalı+1 yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli) tapşırıq;
oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 (7 qapalı+1 yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli) tapşırıq;
dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq təqdim edilir.
İmtahanın müddəti 1 saat 30 dəqiqədir. İmtahanda maksimum 100 bal toplamaq mümkündür.
KONKRET.az
Bölməyə aid digər xəbərlər