11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Direktor olmaq istəyənlər imtahanlarda biabırçı nəticə göstərdilər

Təhsil Nazirliyinin orta məktəblərə direktor olmaq istəyənlər üçün keçirdiyi imtahanın nəticələri məlum olub.
Bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib. Ekspert imtahan iştirakçılarının şəxsi kabinetlərindəki məlumat əsasında bir neçə vacib məqamı vurğulayıb: 
- Sənəd verənlərin sayı 3 mindən çox olsa da, yalnız 2863 nəfər imtahanda iştirak edib. 
- Ən biabırçısı isə bu 2863 nəfər ali təhsilli, az 5 il stajı olan imtahan iştirakçısından cəmi 846 nəfəri 60 test tapşırığının 30-undan çoxuna və ya 50 faizdən yuxarı nəticə göstərib. 2017 nəfər isə 50 faizdən aşağı nəticə göstərib. 
İmtahanda iştirakçılara 60 test tapşırığı təqdim edilir, 25 təhsil qanunvericiliyi, 15 əmək məcəlləsi, 20 məntiq testi. Bundan da biabırçısı odur ki, 50 faizdən aşağı nəticə göstərənlər, hətta 10-15 bal toplayanlar arasında hazırda orta məktəblərdə direktor və direktor müavini vəzifəsini yerinə yetirənlər var. Və nədənsə o direktorlar və müavinlər kiminsə maraqlarına görə vəzifəsində qalır.
İmtahan nəticələrinin aşağı olması bir neçə səbəblə bağlı ola bilər. Amma 846 nəfərin 50 faizdən yuxarı nəticə göstərməsi bu səbəblərin əsassız olduğunu deyir.


Tarix: 24-03-2021, 22:43 Oxunub: 604


Bölməyə aid digər xəbərlər