Abşeronda məktəblilər arasında DAVA: Xəsarət alan var

Abşeron rayonunda məktəblilər digər bir məktəbliyə xəsarət yetiriblər.

Hadisə Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksi ərazisində, "Əlincə" şadlıq sarayının yanında baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli  bildirib ki, Abşeron rayonu ərazisində yeniyetmələr arasında baş vermiş mübahisə ilə bağlı polis orqanlarına məlumat daxil olub. Daxil olan məlumat əsasında dərhal müvafiq araşdırmalara başlanılıb.

"Hazırda ərazi üzrə polis orqanı tərəfindən faktın bütün halları, iştirak edən şəxslərin dəqiq kimliyi, hadisənin səbəbləri və mümkün hüquqi qiymətləndirilməsi istiqamətində təhqiqat tədbirləri davam etdirilir. Uşaqlar arasında baş verən bu kimi hallarda polis həssaslıqla yanaşır və həm maarifləndirici, həm də qanunvericiliyə uyğun tədbirlər həyata keçirir".


Tarix: 3-06-2025, 08:51 Oxunub: 1 412


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930