2025-ə rektorsuz girən universitetlər - Yeni təyinatlar gözlənilir

Azərbaycanda azı 5 ali təhsil müəssisəsi 2025-ci ilə rektoru olmadan daxil olub. Alınan məlumatlara görə, bir sıra universtet və akademiyaların rektorları və rəisləri müxtəlif səbəblərdən vəzifələrindən azad edilib və yerlərinə təyinat olmayıb. 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu rektoru Mustafa Babanlı olub. O, 2023-cü ilin iyul ayında vəzifəsindən azad edilib. Rektorun səlahiyyətləri Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əskərova həvalə olunub.

Azərbaycan Dövlət Dəniz Akademiyası da rektorsuz universitetlər sırasındadır. Ali təhsil müəssisəsinin rektoru Heydər Əsədov parlamentin deputatı seçildikdən sonra vəzifəsindən azad edilib.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov da Ali Məclisin deputatı seçildiyi üçün vəzifəsini itirib. 

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov isə Qarabağ Universitetinə rektor təyin edilib. Onun yerinə hələlik təyinat olmayıb. 

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının rəisi general-mayor Azər İbrahimov ötən ilin oktyabr ayında vəzifəsindən azad edilib. Akademiyanın rəisi vəzifəsinin icrası general-mayor Faiq Məmmədova həvalə edilib. 

Qeyd edək ki, sözügedən ali təhsil müəssisələrində rektorun səlahiyyətlərini prorektorlar, rəis müavinləri icra edir. 2025-ci ildə rəhbərliyi olmayan universitetlərin hamısına rektor təyin ediləcəyi gözlənilir.


Tarix: 4-01-2025, 17:51 Oxunub: 2 135


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930