13:17 / 02-12-2024
Sabah hava necə olacaq?
İxtisas qrupları üzrə boş qalan yerlər açıqlandı

    I mərhələdən sonra I ixtisas qrupu üzrə 1304, II ixtisas qrupu üzrə 246, III ixtisas qrupu üzrə 400, IV ixtisas qrupu üzrə 463, V ixtisas qrupu üzrə isə 348 plan yeri boş qalıb.
    Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.
    O bildirib ki, ayrıca ali təhsil müəssisələrinə gəldikdə I mərhələdən sonra tələbə qəbulu aparılan 44 ali təhsil müəssisəsinin 25-də plan yerləri 95%-dən çox, o cümlədən 8 ali təhsil müəssisəsində (Azərbaycan Tibb Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası) 100 % dolub.
     İlk dəfə qəbul aparılan Qarabağ Universitetinin plan yerləri 98.57%, Türkiyə - Azərbaycan Universitetinin plan yerləri 96.67%, İtaliya - Azərbaycan Universitetinin plan yerləri 95.52% dolub.
      Subbakalavrlarla bağlı qeyd edə bilərik ki, onlar 34 müxtəlif ali təhsil müəssisəsinə qəbul olunublar. Bu il ali təhsil müəssisələrinə qəbul olunan subbakalavrların sayı da artıb və ötənilki göstəricidən 695 nəfər daha çoxdur. Subbakalavrlar say etibarilə daha çox Azərbaycan Texniki Universiteti (584), Mingəçevir Dövlət Universiteti (569 nəfər) Azərbaycan Texnologiya Universitetinə (527 nəfər) və Lənkəran Dövlət Universitetinə (505 nəfər) qəbul olunub. Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda isə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olunanların 56.84%-nin, Azərbaycan Texnologiya Universitetinə qəbul olunanların 43.52%-nin subbakalavrlar olduğunu görərik",- deyə o qeyd edib.
     Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olunanlar avqustun 28-dən sentyabrın 6-dək (saat 18:00-dək) elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər.
    Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.
    Avqustun 28-dən sentyabrın 2-dək isə boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq.


Tarix: 26-08-2024, 14:40 Oxunub: 241


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı