Kollecdə oxumaq istəyənlərin nəzərinə! - Son gündür

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi 5 avqust saat 23:59-dək davam edəcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
 
İxtisas seçiminə qəbul (buraxılış) imtahanında ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
 
5 avqust saat 09:45-ə olan məlumata əsasən, ixtisas seçimi etmiş abituriyentlərin sayı aşağıdakı kimidir:
 
Azərbaycan bölməsi - 12927; rus bölməsi - 364; cəmi – 13291 nəfər.
 
Müsabiqəyə qeyd olunan vaxtadək ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.


Tarix: 5-08-2024, 13:12 Oxunub: 339


Bölməyə aid digər xəbərlər
7-07-2024, 10:20 İmtahan günüdür


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31