İnternet kəsilməsinə görə MİQ imtahanı təxirə salındı

   Məlum olduğu kimi, ötən gün müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin tarix, coğrafiya və alman dili fənləri üzrə test imtahanı mərhələsi keçirilib.
    Təhsil İnstitutu nəzdindəki İnsan Resursları Mərkəzinə istinadən xəbər veririk ki, Gəncə şəhər 18 nömrəli orta məktəbdə yerləşən imtahan mərkəzində şəbəkəni təmin edən optik kabelin sıradan çıxması imtahan prosesinin dayandırılmasına səbəb olub.
    Problem qısa müddətdə aradan qaldırıla bilmədiyi üçün test imtahanı növbəti tarixə dəyişdirilib.
İnsan Resursları Mərkəzi bəyan edib ki, sözügedən imtahan mərkəzində olan namizədlərin şəxsi səhifələrinə növbəti test imtahanı ilə bağlı müvafiq məlumat göndərilib. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahan tarixi və məkanla tanış ola bilərlər.
 Qeyd edək ki, 9 iyul tarixində təşkil olunan imtahana 7 015 namizəd dəvət olunub. Ümumilikdə 83% davamiyyət qeydə alınıb.


Tarix: 10-07-2024, 10:40 Oxunub: 345


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031