11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
BMU Türk Universitetlər Birliyinə üzv olub

Bakı Mühəndislik Universiteti (BMU) Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyinə (TÜRKÜNİB) üzv qəbul edilib. Bu barədə qərar qurumun 7-ci Baş Assambleyasının iclasında verilib. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) sədrliyi ilə keçirilən iclasda Türk dünyasının 50-yə yaxın universitetinin rektorları, elm və təhsil nümayəndələri iştirak ediblər.

Toplantıda TÜRKÜNİB-in gələcək fəaliyyəti, birliyə üzv olan universitetlərin elm və təhsil sahəsində proqramlarının uyğunlaşdırılması, mübadilə proqramlarının sayının artırılması, diplomların ekvivalentliyinin tanınması, eləcə də birgə akademik fəaliyyətin, müxtəlif layihələrin həyata keçirilməsi istiqamətlərində müzakirələr aparılıb. Eyni zamanda TÜRKÜNİB-ə yeni üzvlüklə bağlı universitetlərin müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul olunub.


2012-ci ildə yaradılan, artıq üzvlərinin sayı 109-a çatan TÜRKÜNİB-in fəaliyyətinin əsas məqsədi ortaq tarixə, mədəniyyətə, dilə sahib olan ali təhsil müəssisələri arasında əməkdaşlığın həyata keçirilməsidir.


Beynəlmiləlləşmə, rəqabətqabiliyyətliliyin artırılması, nüfuzlu reytinqlərdə irəliləmək, əcnəbi tələbələr üçün cəlbediciliyin artırılması sahələrini əsas strateji hədəfləri seçən BMU-nun bu nüfuzlu təşkilata üzv qəbul olunması Türk dünyasının tanınmış universitetləri ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinə yeni imkanlar yaradacaq.


Tarix: 21-05-2024, 18:27 Oxunub: 152


Bölməyə aid digər xəbərlər