Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrinə görə, 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticə göstərib. 300 bal toplayan şagirdlərdən biri də Qazax rayonu Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin 11-ci sinif şagirdi Səbinə Yusifovadır.
Səbinə Yusifova yaxşı nəticə əldə etmək istəyən şagirdlərə tövsiyə verib: “Özünüzə uyğun dərs qrafiki hazırlayıb ona uyğun hazırlaşın. Önəmli olan budur. Əsas disiplin, əzm, istəkdir. Məni dərs hazırlamağa sövq edən səbəb seçəcəyim ixtisas üzrə çalışmaq istəyimdir".
Səbinə Bakı Dövlət Universitetində oxumaq istəyir: "Təhsilimi Bakı Dövlət Universitetinin Hüquq fakültəsində (ingilis dilində) davam etdirmək istəyirəm".
Bölməyə aid digər xəbərlər