11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"Sülh tərəfdarı Azərbaycandır" - Anar Nəbiyev

     Dekabrın 6-da ADA Universitetində  Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirildi. Bu səpkili konfranslar və forumlar artıq ənənə halını halıb. Tarixi Zəfərimizdən dərhal sonra Azərbaycanın işğaldan azad edilən ərazilərimizdə apardığı genişmiqyaslı bərpa-quruculuq işləri, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində atdığı addımlar beynəlxalq miqyasda maraqla izlənilir. Azərbaycan sülh gündəliyinin müəllifi olaraq diqqətdədir. Həmçinin ölkəmiz təkmil dirçəliş modelini təqdim edir. Azərbaycanın bu torpaqlarda gördüyü işlər şəhərsalma təcrübəsinin təqdimatında öz sözünü deyir. Məlumdur ki, Ağdamda və Zəngilanda Azərbaycan Milli Şəhərsalma Forumları keçirildi. Dövlət başçısı İlham Əliyev ADA Universitetində keçirilən Forumdakı çıxışında bu kimi məqamlara xüsusi diqqət yönəltmişdir. “Biz əlimizdən gələni edirik ki, keçmiş məcburi köçkünlər üçün ən yaxşı şərait yaradılsın. Onlar buna layiqdirlər, çünki onlar 30 il ərzində çətin şəraitdə yaşayıblar. Burada söhbət təkcə fiziki durumdan getmir. Söhbət 30 il ərazində doğma evlərindən məhrum edilmiş insanların psixoloji vəziyyətindən gedir.     Onlar geri qayıtmaq vaxtını gözləyirdilər və bu gün biz əraziləri azad etdiyimiz üçün əlimizdən gələn hər şeyi edirik ki, prosesi sürətləndirək” söyləyən cənab İlham Əliyev təhlükəni də yaxşı anladığımızı bildirdi: “Siz minaları qeyd etdiniz, bu,  ən böyük təhlükələrdən biridir.
     Eyni  zamanda, biz   hər  şeyi  lazımi  qaydada  etmək istəyirik.  Proses mümkün qədər  tez  keçməlidir,  lakin fikrimiz  ondan ibarətdir ki,  burada ən yaxşı memarlıq təcrübəsi və ən yaxşı texnologiya, o cümlədən yaşıl texnologiya tətbiq edilməlidir ki, yaşayış üçün ən yaxşı şərait yaradılsın.”  Ölkə Prezidenti görülən və görüləcək işlərin fonunda onu da qeyd etdi ki, azad olunmuş ərazilər şəhərlərin inşası baxımından yeni yanaşma nümayiş etdirəcək. Bu təcrübə bir çox ölkələr və şəhərlər üçün faydalı olacaq. O şəhərlər ki, müəyyən dərəcədə bizimlə eyni vəziyyətdədir.
    Qeyd edək ki, bu istiqamətdə görülən işlər dövlətlərlə yanaşı, aparıcı beyin mərkəzləri, tanınmış ekspert və analitiklər tərəfindən də diqqətlə izlənilir. Təkcə cari il ərzində Bakı ilə yanaşı, işğaldan azad olunan ərazilərdə keçirilmiş forum və konfranslarda yüksək iştirak səviyyəsi bunu deməyə əsas verir. Sözügedən Forumda 60-dan artıq xarici qonaq iştirak etdi. Dövlət başçısı İlham Əliyevə ünvanlanan sualların hər birinə verilən cavablar Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində yeri və rolunun təqdimatı oldu. Təbii ki, əldə olunan uğurlar dövlətimizin ədalətə və beynəlxalq hüquqa əsaslanan müstəqil siyasətinin nəticəsidir. Tədbirdə diqqət çəkən məqamlardan biri cənab İlham Əliyevin “Tarix sizi 2020-ci il Qarabağ müharibəsində qalib gəlmiş Lider kimi xatırlayacaq. Həmin Qələbə bir çox cəhətdən Sizin prezidentliyinizin dəst-xəttini müəyyənləşdirdi. Bununla belə,  görəsən, Siz həm də ölkənizə və Cənubi Qafqaz regionuna sülh gətirən Lider kimi xatırlanmaq istərdinizmi? Siz bu istiqamətdə hansı addımları atırsınız” sualına cavabı oldu. Dövlət başçısı bildirdi ki, əraziləri azad etmək mənim siyasi həyatımın əsas məqsədini təşkil edir və fəxr edirəm ki, bu məqsədlərə nail olunub. Necə xatırlanacağım bir çox amillərdən asılı olacaq: “Düzünü desəm, bu barədə düşünməyə belə vaxtım yoxdur. Bu barədə düşünsəm də, buna təsir etmək mənim iradəmdən asılı deyil. Sülhlə bağlı onu deyə bilərəm ki, düşünürəm, biz sülh gətirmişik. Biz sülhü müharibə ilə gətirdik. Düşünürəm ki, bu, Qafqazda lokal vəziyyətdən daha geniş şəkildə qiymətləndirilməli olan bir məsələdir. Hərbi yolla sülhə necə nail olmaq olar? Uzun illər danışıqlar və işğal zamanı mən Minsk qrupunun həmsədrlərindən eşidirdim, onlardan üçü bir ağızdan qeyd edirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Belə məlum oldu ki, onların hər üçü səhv edirdi.”
      Cənab İlham Əliyevin qeyd etdiyi kimi, dövlətçilik tarixinə, geniş beynəlxalq təcrübəyə, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq, həmin dövlətlər yanılırdılar. Onların  bu yanaşması Azərbaycana bir növ mesaj idi ki,  sülh ssenarisindən başqa ssenariyə əl atsanız, uğur qazana bilməyəcəksiniz. Ölkəmiz sübut etdik ki, münaqişənin hərbi yolla həlli var. Beləliklə, münaqişə həll olundu.
      İstər 30 illik işğal, istərsə də postmünaqişə dövrünü təhlil etdikdə dünya görür ki, sülh tərəfdarı Ermənistan deyil, Azərbaycandır. Ölkəmiz hər zaman ədalətə və beynəlxalq hüquqa söykənərək bütün münaqişəli məsələlərin sülh danışıqları əsasında nizamlanmasına səy göstərir. Müzəffər Ali Baş Komandan İlham Əliyev Forumda bir daha bu çağırışı etdi: “Əgər Ermənistan hesab edir ki, bizə sülh onlardan çox lazımdırsa, fikrimcə, onlar yanılırlar. Biz sülhü onlar istədiyi qədər istəyirik. Əgər onlara bu lazımdırsa, onda bizə də lazımdır. Əgər onlara lazım deyilsə, onda bizə də lazım deyil. Mənim istər Şura Prezidenti Şarl Mişelin iştirakı ilə Brüsseldə erməni tərəfi ilə təmaslarımda, istərsə də bəzi beynəlxalq tədbirlər çərçivəsində söhbətlərdə mən demişəm ki, əgər siz Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanımayacaqsınızsa, onda biz də sizin ərazi bütövlüyünüzü tanımayacağıq. Əgər siz ərazi bütövlüyümüzü sual altına çəkməkdə davam edəcəksinizsə, onda biz də sizin ərazi bütövlüyünüzü sual altına çəkəcəyik. Mən ona dedim, inanın ki, bizim ərazi bütövlüyünüzü tanımamaq üçün daha çox hüququmuz, daha çox tarixi hüquqlarımız var.”

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri


Tarix: 14-12-2023, 15:36 Oxunub: 137


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı