Ermənistanın baş naziri Nikol Paşinyan İspaniyada keçirilən Avropa Siyasi Tərəfdaşlıq sammiti çərçivəsində Azərbaycanın ərazisinin 86 min 600 kvadratmetr olduğunu rəsmən tanıyıb.
Bbu barədə Avropa Şurasının mətbuat xidmətinə istinadən xəbər veririk.
Tərəflər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş səylərə sadiq olduqlarını bəyan ediblər.
“Onlar prezident Mişelin bəyanatlarında qeyd olunduğu kimi, Ermənistan (29,800 km2) və Azərbaycanın (86,600 km2) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar. 14 may və 15 iyul 2023-cü il tarixlərində”, – mətbuat xidməti yazır.
Bölməyə aid digər xəbərlər