44 günlük müharibədə erməni keşişlər güllələrə xaç çəkib, sonra əsgərlərə verirmişlər - VİDEO

    “Müqəddəs Ata əvvəlcə güllələrə xeyir-dua verir, sonra bizə verir” - bunu erməni mediasına Ermənistan ordusunun hərbçiləri deyib. Onlar bildiriblər ki, erməni keşişlər Qarabağda döyüş zamanı güllələrə xaç çəkib, dualayıb, sonra onlara veriblər.
    “İyirmi beş ildən çoxdur ki, Erməni Apostol Kilsəsi Ermənistan silahlı qüvvələrində mənəvi xidmət göstərir.
Bu əməkdaşlıq silahlı qüvvələrdə baş verən hadisələr, qətllər və intiharların statistikasına böyük təsir göstərib.
Orduda yüksək səmərəli iş ilə yanaşı, 56 din xadimi tez-tez döyüş şəraitində hərbi xidmət keçməyə məcbur olurlar. Belə ki, dörd günlük və 44 günlük müharibələrdə əllərində xaç və silahla döyüş meydanında düşmənlə vuruşurdular.
Ruhanilər hətta düşmən atəşi altında xeyir-dua verməli olublar”, – deyə media yazıb.
P.S. Allahsız dindarlardan bundan artıq heç nə gözləmək olmaz. Ermənilərin dini də insanlığı məhv etməyə, öldürməyə xidmət edir. Bu da ona sübut!
Xeyir-dualı “şanlı” ordunun “güc”ü bitib, nağılları bitmir…


Tarix: 29-01-2023, 05:42 Oxunub: 278


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930