11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi erməni diplomatı faktlarla susdurdu

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasında keçirilən “Millətlər arasında qanunun aliliyi” mövzusunda müzakirələrdə çıxış edib.
Səfir öncə BMT Təhlükəsizlik Şurasına yeni üzv seçilən Ekvador, Yaponiya, Malta, Mozambik və İsveçrənin BMT-dəki daimi nümayəndələrini təbrik edib.
Daha sonra Y. Əliyev BMT-nin məqsədlərindən bəhs edib və bildirib ki, təşkilat beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına, eləcədə müharibə və humanitar problemlərin qarşısının alınması məqsədilə fəaliyyət göstərir.
Səfirin sözlərinə görə, təəssüf ki, BMT-yə üzv olduğu ilk illərdə Azərbaycan Ermənistanın monoetnik ideologiyaya əsaslanan təcavüzünə məruz qalıb:
“BMT əsasnaməsinin əsas prinsiplərinə, xüsusilə mübahisələrin sülh yolu ilə həlli və güc tətbiq edilməməsi ilə bağlı prinsiplərə Azərbaycanın məsuliyyətlə yanaşmasına baxmayaraq, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycanın böyük bir ərazisini işğal altında saxlayıb. ATƏT-in rəhbərliyi ilə aparılan vasitəçilik danışıqlarının iflasa uğradığı müddətdə, BMT TŞ-nin 1993-cü ildə yekdilliklə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələri Ermənistan tərəfindən gözardı edilib”.
Səfir, beynəlxalq institutların öz öhdəliklərinə laqeyd münasibət bəsləməsinin və ikili standartlar tətbiq etməsinin Ermənistanı öz məkrli siyasətini davam etdirməyə daha da təşviq etdiyini bildirib.
O, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki yenidənqurma və bərpa işləri ilə bağlı məlumat verib. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci il tarixli sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradıldığını üzvlərin diqqətinə çatdırıb.
Y. Əliyev əlavə edib ki, eyni zamanda Azərbaycan Ermənistanla qarşılıqlı ərazi bütövlüyünə və suverenliyə hörmət çərçivəsində dövlətlərarası münasibətlərin normallaşması təşəbbüsü ilə çıxış edib.
Bununla yanaşı, səfir iclasda Ermənistan nümayəndəsinin səsləndirdiyi saxta ittihamlara da münasibət bildirib: 
“Azərbaycana qarşı təcavüzü başlayan, onun suveren ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlayan, etnik təmizləmə siyasəti yürüdən və müharibə zamanı misli görülməmiş digər cinayətləri törədən Ermənistanın məhz indi BMT əsasnaməsinə və beynəlxalq hüquqa çağırış etməsi paradoksaldır.”
Sonda Y.Əliyev beynəlxalq ictimaiyyətin Ermənistanla Azərbaycan arasında razılaşdırılmış prinsiplərə və öhdəliklərə əsaslanan ikitərəfli və məqsədyönlü danışıqları dəstəkləməsinin vacibliyini vurğulayıb.


Tarix: 13-01-2023, 07:55 Oxunub: 167


Bölməyə aid digər xəbərlər