11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Rus diplomat istefa verdi: “Ölkəmə görə utanıram”

Tanınmış rus diplomatı – Rusiyanın BMT-nin yanındakı müşaviri Boris Bondarev 20 illik fəaliyyətdən sonra ölkəsinin Ukraynadakı müharibəsini tənqid edərək istefa verib.
  Bu barədə diplomatın açıqlamasını “UN Watch”ın icraçı direktoru, hüquq müdafiəçisi Hillel Noyer tviterdə dərc edib.
Açıqlamasında o, öz işinə və ölkəsinə görə utanc hissi duyduğunu etiraf edib:
“Ukraynadakı müharibə Putin tərəfindən bütün Qərb dünyasına qarşı aparılır. Bu, təkcə Ukrayna xalqına qarşı cinayət deyil, həm də qalın Z hərfi ilə ölkəmizdə firavan demokratik cəmiyyətin tədricən inkişafına bütün ümidlərin üstündən xətt çəkmiş Rusiya xalqına qarşı, bəlkə də, ən ağır cinayətdir”.
Diplomatın sözlərinə görə, Xarici İşlər Nazirliyi özünün bilavasitə vəzifələri ilə məşğul olmağı dayandırıb və dar dairəyə xidmət etməyə başlayıb. Onun fikrincə, son 20 ildə Rusiya XİN-də yalanın və qeyri-peşəkarlığın səviyyəsi fəlakətli miqyas alıb:
“Nazir Lavrov bu sistemin deqradasiyasının yaxşı nümunəsidir. O, 18 ildə nazirliyin bir çox əməkdaşının bərabər olmaq istədiyi peşəkar və savadlı ziyalıdan, davamlı olaraq ziddiyyətli bəyanatlar verən, dünyanı (yəni Rusiyanı da) nüvə silahı ilə hədələyən şəxsə çevrildi!”


Tarix: 23-05-2022, 17:17 Oxunub: 215


Bölməyə aid digər xəbərlər