Əliyevlə Ərdoğanın 4 saat davam edən görüşünün üç ana gündəmi olub: Cənubi Qafqazda postmünaqişə dövrü, Avropa bazarına qaz ixracının artırılması, Ukraynada müharibə.
Rusiyanın Ukraynaya hücumundan sonra Cənubi Qafqazda, eləcə də postmünaqişə dövrünə dair razılaşmların icrasında qeyri-müəyyənlik var: bu vəziyyətdə Bakı və Ankara razılaşmaların – 10 noyabr bəyanatının bütün bəndlərinin icrası və Zəngəzur dəhlizinin açılması – həyata keçirilməsində nələrin edilməsini, eləcə də yarana biləcək risklərə qarşı hansı addımların atılmasını müzakirə edir; istisna deyil ki, Qarabağda atılacaq addımlarla bağlı da qərarlar verilib.
Rusiyanın enerji resurslarına qarşı sanksiyalar Avropa bazarında qaz təlabatını artırır: Azərbaycan qazı bu təlabatı tam ödəməsə belə, Cənub Qaz Dəhlizi vasitəsilə təchizat həcminin artırılması iki ölkənin Avropa bazarında mövqelərini möhkəmləndirə bilər.
Və əsas gündəm mövzularından biri də Ukraynadır: Rusiya nə işğal hücumundan, nə də tələblərdən imtina edir, lakin Türkiyə təmasların davam etdirilməsində israrlıdır və Ankara ilə yanaşı Bakı da bu prosesə dəstək verə bilər.
Ümumilikdə Əliyevin Türkiyə səfəri iki liderin həm Cənub Qafqaz, həm də Ukrayna üzərindən davam edən geosiyasi qarşıdurmada Bakı və Ankaranın izləyəcəyi siyasəti müəyyənləşdirmək, “saatları yoxlamaq” məqsədi daşıyır.
Axar.az
Bölməyə aid digər xəbərlər