Əli Həsənovun oğlunun Gürcüstanda şirkəti ÜZƏ ÇIXDI - FOTO



Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun oğlu Şamxal Həsənlinin Gürcüstan paytaxtındakı biznes fəaliyyəti ilə bağlı bəzi ipucları əldə etmək mümkün olub.
Bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirib.
Jurnalist qeyd edib ki, sənədlərdən məlum olur ki, Həsənovlar ailəsinə məxsus DULCE NUTRİTİON LLC 2017-ci ilin oktyabrında Tiflisin İsani rayonunda Tedzami küçəsi 5 ünvanında hüquqi qeydiyyata alınıb. Şirkətin direktoru Sənan Abdullayev adlı şəxsdir, onun 100 faiz pay hüququ Şamxal Həsənliyə məxsusdur. Şirkətin hansı profil üzrə fəaliyyət göstərdiyi məlum deyil.
Sənan Abdullayevin adı Gürcüstanın İctimai Qeydiyyat üzrə Milli Agentliyində qeydiyyata alınmış “Caspian Inspection Company” Ltd (შ.პ.ს. “კასპიის საინსპექციო კომპანია”), Village Group Ltd. (შპს სოფ ჯგუფი), Megobari Ltd (შპს მეგობარი – Dost Ltd.), B.h.e. Co. Ltd (შპს B.H.E. Co.) və Pompa+ Ltd (შპს პომპა+) şirkətlərinin təsisçiləri sırasında da keçir.


Tarix: 7-12-2021, 08:37 Oxunub: 252


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930