11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
“Bakı Metropoliteni”ndə YOXLAMALAR - Zaur Hüseynovun qurumunda pozuntular AŞKARLANDI




Hesablama Palatası “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yoxlamalar aparıb.
ATİA.az xəbər verir ki, başa çatan audit 2019-2020-ci illəri əhatə edib.
Yoxlamalar QSC-nin tərkibində olan bütün qurumlarda aparılıb.
Nəticədə iş və xidmətlərin dəyərinin, həmçinin həcminin artıq müəyyən edilməsi və digər başqa ciddi nöqsanlar aşkarlanıb.
Hesablama Palatasının mətbuat katibi Nailə Məhərrəmova Qaynarinfo-nun sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-də yoxlamaların aparıldığını təsdiqləyib:
“QSC-də audit yoxlamaları olub və artıq başa çatdırılıb. Audit yaxın vaxtlarda Hesablama Palatasının Kollegiya iclasında müzakirəyə çıxarılacaq və prosedura uyğun olaraq təsdiq edildikdən sonra nəticələri ictimaiyyətə açıqlanacaq”.
Qeyd edək ki, 2014-cü ildən “Bakı Metropoliteni” QSC-nin rəisi Zaur Hüseynovdur. Metro rəisi son vaxtlar övladlarına və xanımına məxsus bahalı avtomobilləri və adlarının baş hərfinə uyğun nömrələri ilə gündəmə gəlib.


Tarix: 17-11-2021, 10:02 Oxunub: 283


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı