16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Hesablama Palatası ilk dəfə olaraq YAP-da audit keçirdi

Hesablama Palatası ilk dəfə olaraq Yeni Azərbaycan Partiyasında audit həyata keçirib.
Bu barədə  Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məlumat verib.
V.Gülməmmədov deyib ki, Hesablama Palatası tərəfindən YAP-ın maliyyə hesabatlarının auditi aparılıb:
“Ümumiyyətlə, siyasi partiyaların auditinin aparılması beynəlxalq səviyyədə ali audit qurumlarının predmetinə daxildir. Azərbaycanda da ilk dəfə bu sahədə audit aparılıb. Auditin predmeti YAP-ın maliyyə hesabatlarının nə dərəcədə doğru-düzgün tərtib edilməsidir. Audit nəticəsində bəzi gəlir və xərclərdə təhrif olunma göstəriciləri müəyyən olunub. Bununla bağlı Hesablama Palatasının Kollegiyasının müvafiq qərarı qəbul olunub,
YAP-a göndərilib. Qeyd edim ki, gəlir və xərclərin hesablanması, onların əsaslandırılması ilə bağlı kollegiya qərarında kifayət qədər təklif və tövsiyə var”.


Tarix: 12-11-2021, 16:36 Oxunub: 542


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031