“Bu heykəllər bir-birinə çox bənzəyir, hər ikisində “xilaskar” əsgər və ona sığınan uşaq təqdim olunur”.
Bu barədə açıqlamasında Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu fikir bildirib. O Rusiyanın Azərbaycan torpağı olan Xocalıda ucaltdığı heykəllə, Berlindəki heykəli müqayisə edib: “Bu heykəllərin hər ikisinin müəllifi də, qurucusu da ruslardır. Bu heykəllərin hər ikisi Rusiyada deyil, özgə torpaqlarındadır. Soldakı 2021-ci ildə Xocalıda, sağdakı 1949-cu ildə Berlində, ölkə alman faşistlərindən azad ediləndən sonra “ucaldılıb”.
Qubad İbadoğlu bildirib ki, bu heykəllərin hər ikisində rus əsgəri xilaskar qiyafəsində, uşaqların nicatı rolundadır: “Bu heykəllərin hər ikisi oxşar motivlə işlənib, eyni mesaj verir. Berlindəki heykəldə rus əsgəri uşağı alman faşistlərindən qoruyur, bəs Xocalıda?. Ermənilərlə birlikdə Xocalıda uşaqdan-böyüyə günahsız insanları qanına qəltan edən rusların bununla nə demək istədiyini başa düşürsünüzmu?. Xatırladıq ki,(Qarabağda) sülhməramlı abidənin və Rusiya şöhrət xiyabanının açılışı olub. Rusiya tərəfindən atılan bu addım birmənalı qarşılanmayıb.
Bölməyə aid digər xəbərlər