11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
“Nazirlər Kabinetinin atdığı addımlar hakimiyyəti gözdən salır və daxildəki qüvvələri fəallaşdırır”– İLGİNC AÇIQLAMA



“Füzulidə hava limanının açılmasından qürur duydum. Çünki 8-9 ay ərzində yüz minlərlə mina basdırılan ərazidə belə bir hava limanını tikmək və Türkiyə kimi böyük dövlətin rəhbərini orada qəbul etmək dövlətimizin böyük uğurudur”.
Bu fikirləri tanınmış hüquqşünas Aslan İsmayılov səsləndirib. O Azərbaycanda sanki iki hakimiyyətin fəaliyyət göstərdiyini əlavə edib: “Mənə bəzən elə gəlir ki, Azərbaycanda sanki iki hakimiyyət fəaliyyət göstərir. Bir hakimiyyət Prezident və onun ətrafında olan bir-iki nəfər, hansı ki Qarabağda çox böyük işlər görürlər. İkinci hakimyyət isə ölkə daxilində nazirlər, icra başçıları və sairə. Bunlar sanki zorla əhalini ölkədə üsyana səsləyirlər. Dünən Gəncədə şəhid anasının intihara cəhd göstərməsi bu ölkəni silkələyən bir haldır”.
Bu rayonların başçıları vətən xainləri kimi həbs edilməlidirlər" - Aslan  İsmayılov » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı
Aslan İsmayılov əlavə edib ki, bu gün bəlkə də Azərbaycan üçün tarixdə ən çətin vaxtıdır: “Müsəlman bir dövlətin dünyaya meydan oxuyan erməni lobbisinin üzərində qələbə qazanması böyük güclərin həzm edə bilmədiyi bir hadisədir. Çünki onlar 30 il bizim başımızın altına yastıq qoyaraq, Azərbaycan ərazisində erməni dövləti qurmaq istəyirdilər. Buna nail olmadıqları üçün qələbəmizi həzm edə bilmirlər. İndi də 10-15 il öncəki korrupsiya faktlarını ortaya ataraq Azərbaycanı dünyada biyabır etməyə çalışırlar. Digər tərəfdən İran və Rusiya faktoru var. İranın açıq-aşkar düşmənçiliyini hər kəs yaxşı bilir. Elə Rusiya da, qələbəmizi ən azı İran qədər həzm etmir. Üstəlik bu illər ərzində vurulmuş “köhnə komanda” mövcuddur. Üçüncü bir güc mərkəzidir. Bir faktı qeyd etməklə hər şey aydın ola bilər. Həyatı boyunca bir-birinə düşmən olan Əli İnsanovla Ramiz Mehdiyev (Əli İnsanovun dili ilə) açıq-aşkar dostluq edirlər. Bunun altında nələrin dayandığını siyasətlə məşğul olanlar yaxşı bilirlər. Dördüncü qüvvə 30 ildir müxalifətçilik edən, hakimiyyətə gəlmək üçün nəyə desəz əl atmağa hazır olan, daxilən bütün əxlaqi mənəvi dəyərləri çürüyən bir qrupdur. Bunların atdığı addımları izlədikcə məndə elə təəssürat yaranır ki, sanki Nazirlər Kabineti həmin qüvvələrin əlinə oynayır. Zahirən görünən budur. Çünki Nazirlər Kabinetinin atdığı addımlar hakimiyyəti gözdən salır və həmin qüvvələrin fəallaşmasına bir şərait yaradır” – Aslan İsmayılov vurğulayıb.

KONKRET.az


Tarix: 28-10-2021, 12:21 Oxunub: 100


Bölməyə aid digər xəbərlər