Kim Çen In Koreya Fəhlə Partiyasının baş katibi seçilib

Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen In ölkənin hakim Koreya Fəhlə Partiyasının (KFP) baş katibi seçilib.
 ATİA.AZ AZƏRTAC-a  istinadla xəbər verir ki, seçki partiyanın paytaxt Pxenyanda davam edən 8-ci qurultayında keçirilib. Bununla da Kim Çen In atası Kim İr Sendən sonra KFP-nin boş qalan baş katibi vəzifəsini tutmaqla, rəsmi də olsa hakimiyyətini bir az da möhkəmləndirib.
Partiyanın qurultayında Mərkəzi Komitənin və onun siyasi bürosunun üzvləri də seçilib. Bundan başqa, ölkənin qarşıdakı 5 il üçün siyasi, hərbi, iqtisadi və diplomatik sahələr üzrə əsas fəaliyyət istiqamətləri müəyyən edilib.
Qeyd edək ki, KXDR-in lideri Kim Çen Inın atası Kim İr Sen 2011-ci ildə vəfat edib. Partiyanın 2012-ci ildə qəbul etdiyi qərarla Kim İr Sen əbədi baş katib, Kim Çen In isə 1-ci katib elan olunmuşdu.
Kim Çen In hazırda KXDR Dövlət Şurasının Sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandanı vəzifələrini də tutur.
Şahin Cəfərov


Tarix: 11-01-2021, 09:36 Oxunub: 333


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930