11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Rusiya sülhməramlısından növbəti təxribatçı addım

Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətlərində növbəti dəfə məqsədi aşan fikirlər səsləndirilib.

Bu dəfə sülhməramlıların tərkibinə daxil olan hərbi qulluqçulardan biri Yeni illə bağlı tost deyərkən ermənilərə səslənib.

Laçında xidmətini davam etdirən rusiyalı hərbi qulluqçu ermənilərə səslənərək narahat olmamağı, onların yanında olduqlarını, Qarabağa məhz onlar üçün gəldiklərini bildirib:

“Biz ona görə burdayıq ki, hər şeyi yerbəyer edək. Sizi əmin edirəm ki, tezliklə hər şey qaydasına düşəcək. Hətta nağıllarda da yekunda hər şey belə bitir – xeyir şərə qalib gəlir. Əgər söhbət qorxudan gedirsə, hamımız qorxuruq. Amma siz geri dönməlisiniz. Necə deyərlər, risk etməyən şampan içməz. Doğrudur, hazırda mən şampan yox, meyvə şirəsi içirəm, amma bunu sizin şərəfinizə qaldırıram və bildirmək istəyirəm ki, yolunuzdan dönməyin. İrəli gedin və heç kimdən qorxmayın. Yeni iliniz mübarək!”

Rusiyalı hərbçi yekunda erməni dilində erməniləri salamlayıb və Laçın şəhərinin adını ermənilərin adlandırdığı kimi, Berdzor olaraq tələffüz edib.

Dünyanın istənilən bölgəsində sülhməramlı əməliyyatın əsas prinsipi münaqişə tərəflərinə qarşı qərəzsiz olmaqdır. Müharibə edən qəzəbli tərəflər sülhməramlıların hərəkətlərində hər aspekti xüsusi araşdıracaqlar. Məhz buna görə də münaqişə tərəfləri arasında dayanmağa qərar verən barışıq tərəfi üçün obyektiv mövqe və etimad vacib məfhumdur.

Rusiya sülhməramlılarının Dağlıq Qarabağ zonasında Azərbaycan və Ermənistan silahlı qüvvələrinin ayırması missiyalarını qərəzsiz yerinə yetirmələrindən çox qısa zaman keçdi.

Görünən odur ki, kontingentin tərkibinə daxil olan hərbçilərin bəziləri missiyalarından xəbərsizdir və Qarabağa nəyə görə gəldiyini unudub. Ermənilərə açıq mətnlə dəstək verən hərbçi öz qərəzini aydın şəkildə nümayiş etdirir. Bu, sülhməramlılarla bağlı ilk belə hal deyil. Bundan öncə də onların öz məqsədlərini aşan müəyyən açıqlamaları, hərəkətləri olmuşdu.

Görünür, əllərinə düşən hər fürsətdə ermənilərə olan sevgilərini ifadə edən rusiyalı əsgərlər həm öz ölkələrinin də imzaladığı üçtərəfli Bəyanata, həm dövlətlərarası digər razılaşmalara, həm də missiyalarına xəyanət edirlər.

Əgər bu, əsgərin öz şəxsi təşəbbüsü ilə olursa, mütləq öz komandanlığı tərəfindən cəzalandırılmalı, kontingentin tərkibindən uzaqlaşdırılmaldır. Əks halda Azərbaycan ictimaiyyəti arasında sülhməramlılara qarşı yaranmış şübhələr daha da genişlənəcək və bu missiya öz əhəmiyyətini itirəcək.



Tarix: 1-01-2021, 21:12 Oxunub: 220


Bölməyə aid digər xəbərlər