13:35 / 16-12-2024
Direktor ev dustağı oldu
Azərbaycanda məhkəmələr və hakimlərlə bağlı vacib yenilik

Məhkəmə-Hüquq Şurasının hüquqları artırılır. Bu barədə Prezident İlham Əliyevin “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişikliklərlə bağlı Fərmanında qeyd edilib. Qanuna əsasən, Məhkəmə-Hüquq Şurasının hüquqları sırasına aşağıdakılar daxil edilir: 

- vakant hakim vəzifələrinə namizədlərin seçilməsi qaydalarını müəyyən etmək; 

- Hakimlərin Qiymətləndirilməsi Komitəsi haqqında Əsasnaməni təsdiq etmək və Hakimlərin Qiymətləndirilməsi Komitəsini formalaşdırmaq; 

- İlk dəfə 3 il müddətinə təyin olunan hakimlərin müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisələrində təlimə cəlb edilməsi qaydalarını müəyyən etmək; 

- məhkəmə hakimiyyəti orqanlarının və Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibələrin nəticələrindən verilən şikayətlərə baxılması üçün Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasını yaratmaq. 

Məhkəmə-Hüquq Şurasının vəzifələri sırasına isə Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının Əsasnaməsini təsdiq etmək daxil olunub. Həmçinin hakimlərin fəaliyyətinin qiymətləndirilməsi üçün Məhkəmə-Hüquq Şurasının ixtisaslaşdırılmış orqanı – Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılacaq. 

Bundan başqa, vakant hakim vəzifələrinə namizədlər üçün təhsil müəssisəsində ilkin uzunmüddətli kursların təşkil edilməsi səlahiyyəti Ədliyyə Nazirliyinin Akademiyasına həvalə edilib.


Tarix: 16-12-2024, 18:18 Oxunub: 55


Bölməyə aid digər xəbərlər