11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Şəkidə dövlət qulluğunda səmərəli fəaliyyət göstərənlər təltif olundular

Şəkidə dövlət qulluğunda səmərəli fəaliyyət göstərən və “Rəqəmsal İcra Hakimiyyəti” portalından xidməti istifadə zamanı fərqlənənlər Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunublar. Bu münasibətlə Şəki Şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə şəhər icra hakimiyyətinin rəhbərliyi, əməkdaşları və icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak ediblər.

Tədbirdə Prezident İlham Əliyevin ölkəmizdə müasir dövlət quruculuğu sisteminin, eləcə də vahid dövlət siyasətinin formalaşdırılması və inkişafı sahəsində apardığı islahatlar barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda yerli icra hakimiyyəti orqanları tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması tələbi əsasında “Rəqəmsal İcra Hakimiyyəti” portalı yaradılıb.

“Rəqəmsal İcra Hakimiyyəti” portalının yaradılmasında əsas məqsəd, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin optimallaşdırılması, digər qurumlarla əlaqələndirilməsi, məlumatların elektronlaşdırılması, elektron xidmətlərin göstərilməsi, xidmətlərdən istifadənin asanlaşdırılması, qəbula yazılma və onlayn görüşlərin keçirilməsi, YİHO tərəfindən görülən işlər haqqında məlumatların yerləşdirilməsi və idarəetmədə vətəndaş iştirakçılığının təmin edilməsidir.

Sonda “Rəqəmsal İcra Hakimiyyəti” portalından xidməti istifadə zamanı fərqlənən nümayəndəliklərə Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim edilib.


Tarix: 26-06-2024, 15:02 Oxunub: 255


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı