Ərdoğan Paşinyanla telefon danışığı aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Bu barədə Türkiyə Prezident Administrasiyası "X" səhifəsində paylaşım edib.

Bildirilib ki, danışıq zamanı tərəflər regionda baş verən hadisələri və beynəlxalq gündəmi müzakirə ediblər.

Onlar, həmçinin, iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıblar. 


Tarix: 19-06-2024, 10:56 Oxunub: 302


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31