Paşinyan atəşkəslə bağlı Azərbaycana təklif etdi

"Təklif edirəm ki, Azərbaycan atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm formalaşdırsın".

Ermənistan KİV-nə istinadən xəbər verilir ki, bunu baş nazir Nikol Paşinyan son günlər Azərbaycanın Müdafiə Nazirliyinin Ermənistan tərəfindən atəşkəs rejimini pozması ilə bağlı yaydığı məlumatlara münasibət bildirərkən deyib.
 Paşinyanın sözlərinə görə, mövcud vəziyyət həllini tələb edir. Baş nazirin sözlərinə görə, razılaşma olarsa, mexanizmi işə salmaq çətin deyil.
 
Azərbaycan Müdafiə Nazirliyinin son məlumatına görə, iyunun 16-sı saat 00:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Yeğeqnadzor rayonunun Bardzruni yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Azərbaycan Ordusu həmin istiqamətdə cavab tədbirləri görüb.


Tarix: 17-06-2024, 22:35 Oxunub: 291


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031