11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Paşinyan Qazaxın kəndlərindən danışdı

Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinə hərbi yolla qayıtmaq fikri yoxdur və bunun üçün müharibə etməyi planlaşdırmır. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Britaniya mətbuatına müsahibəsində deyib. Onun sözlərinə görə, Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur.
 
N.Paşinyan deyib: “Delimitasiya prosesində qəbul edilən qərarlarla bağlı səmimiyyətimizi göstərmişik. Biz qeyd etdik ki, Ermənistan hökuməti öz səlahiyyətləri çərçivəsində insanların Azərbaycan kəndlərində - konkret olaraq indi yaşamadıqları dörd kənddə yaşamaları üçün addımlar atmağa hazırdır. Həmçinin bəyan edirik ki, həmin proses nəticəsində erməni kəndlərində – Bağanis, Voskepar, Kirants, Berkaberdə rahat və təhlükəsiz yaşayış eyni dərəcədə mümkün olmalıdır”, – deyə N.Paşinyan vurğulayıb.


Tarix: 24-04-2024, 14:31 Oxunub: 163


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı