11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bu suları içməyin - Həkim-dietoloqdan XƏBƏRDARLIQ



Uzun müddət ərzində dükanların rəflərində qalan su orqanizmə nəinki fayda vermir, hətta təhlükəli ola bilər.
Bu haqda həkim-dietoloq Anjelika Düval məlumat verib.
Həkim bildirib ki, yalnız təzə axar su orqanizmə fayda verə bilər. Dükanlarda uzun müddət ərzində qalan su durğun sudur. Belə suyun heç bir faydalı xüsusiyyətləri qalmır.
Həm də suyun dükan və anbarlarda düzgün saxlanılmasına heç kim zəmanət verə bilməz. Butulkaların üzərinə gün şüalarının düşməsi suyu zəhərə çevirir, doktor Düval əlavə edib.
“Evdə su filtrləri quraşdırın və bu suyu için, lazım olanda özünüzlə aparın” – həkim bildirib.
Həmçinin dietoloq suya limon şirəsini əlavə etməyi də tövsiyə edib. Bu mayeni qələviləşdirir, onun mənimsənilməsini yaxşılaşdırır və orqanizmə olan faydasını artırır.
Bir stəkandan çox su içmək ziyanlıdır. Bu böyrəkləri yükləyir. Nə qədər susuz olsanız da birdən 1 stəkandan artıq su içməyin.
Həkimin sözlərinə görə, yeməkdən 15-20 dəqiqə əvvəl ilıq su içmək çox faydalıdır. Həmçinin səhər yuxudan oyanan kimi də mütləq 1 stəkan su içmək lazımdır.


Tarix: 4-03-2022, 08:35 Oxunub: 132


Bölməyə aid digər xəbərlər