11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Həkimdən xəbərdarlıq: Bu simptomlara fikir verməsəniz əzanızı itirə bilərsiniz



Tromb özünü göstərməyə bilməz: ağrı, ətrafların uyuşması və soyuqluğu, dərinin ağarması. Bu simptomlara laqeyd yanaşmaq və onları əzanın motor funksiyasının pozulduğu nöqtəyə gətirməmək vacibdir.
Bu barədə rusiyalı tibb elmləri doktoru Andrey Çupin trombun yarandığını müəyyən etməyin yollarını açıqlayarkən bildirib.
“İnsana hətta elə gəlsə ki, nəsə yolunda deyil, vəziyyət tam aydın deyilsə belə, yaxşı olar ki, işini zəmanətə alsın və həkimə müraciət etsin”, - deyə Çupin əlavə edib .
Onun sözlərinə görə diaqnoz kəskin trombozu təsdiq edərsə, əməliyyat aparılmalıdır, əks halda xəstə əzasını itirə bilər.  Həkim bildirib ki, vəziyyət cərrahi müdaxiləyə ehtiyac duymayacaq şəkildə olsa belə güclü antikoaqulyant terapiya və angioprotektor müalicəyə ehtiyac var.
Çupin həmçinin qeyd edib ki, bu cür simptomlar təkcə trombu deyil,  həm də ətrafların uyuşması ilə müşayiət olunan radikulopatiyanı (bir və ya daha çox sinir kökcüyünün zədələnməsi) göstərə bilər.
Yeri gəlmişkən qeyd edək ki, koronavirus keçirən insanlarda da tez-tez tromboz halına rast gəlinir.
 
RİA Novosti


Tarix: 11-02-2022, 07:28 Oxunub: 146


Bölməyə aid digər xəbərlər