ÜST xəbərdarlıq etdi: “Fevraladək daha yarım milyon insan koronavirusdan ölə bilər”



Avropa yenidən pandemiyanın əsas meydançasına çevrilməkdədir. Qitənin 53 ölkəsindəki hazırkı yoluxma sürəti ciddi narahatlıq doğurur.

ATİA.AZ xəbər verir ki, ekspertlərin hesablamalarına görə, Avropada yoluxma bu templə davam edərsə, fevralın birinədək yarım milyon insan COVID-in qurbanı ola bilər.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa ölkələri üzrə direktoru Hans Kluge mətbuat konfransı zamanı bəyan edib.
O, “Delta” ştammının ortaya çıxması ilə əlaqədər köhnə qitədə vəziyyətin yenidən bir il öncəki halına qayıtdığını bildirib.
Klugenin sözlərinə görə, koronavirusun yayılması fonunda yeddi ölkənin məhdudiyyətləri yumşaltmaları narahatedici addımdır. Dövlətlərin xəstə sayının artmasına qarşı mübarizə aparmaqdansa, öncədən onun yayılmasının qarşısını almaları daha düzgün olardı.

Tarix: 5-11-2021, 08:58 Oxunub: 292


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930