16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Yenidən AĞIR QƏZA - 1 ölü, 1 yaralı

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
 Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, "112" qaynar telefon xəttinə Abşeron rayonunun Mehdiabad qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
"Məlumatla əlaqədar FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" və "Toyota" markalı iki minik avtomobili toqquşub, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb", - deyə məlumatda qeyd olunub.
Məlumatda qeyd olunub ki, həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər sağ, digər 1 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitələrindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Tarix: 16-01-2023, 06:54 Oxunub: 231


Bölməyə aid digər xəbərlər


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031