Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı...

Aprelin 10-u günorta saatlarında Binəqədi rayonunda kütləvi dava baş verib.
Hadisə rayonun R.Allahverdiyev küçəsində qeydə alınıb.
Belə ki, Adəm Haqverdiyev, onun qardaşı Zaqil Haqverdiyev və qonşuluqda yaşayan Emin Nəzərov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onların küçədəki kütləvi dava-dalaş zamanı bıçaqlandığı məlum olub.
Hadisəni törədən şəxs və ya şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.
Faktla bağlı cinayət işi başlanılıb.

Nizam Rza


Tarix: 11-04-2022, 09:56 Oxunub: 507


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31