Tap.az-da hər şeyə rast gəlmişdik, bircə qaz sayğacından savayı. Əfsuslar olsun ki, bunu da gördük. Belə ki, yanvarın 18-də sözügedən saytda Azəriqaz İstehsalat Birliyinə məxsus qaz sayğacı satışa çıxarılıb.
ATİA.AZ xəbər verir ki, bu barədə Azəriqaz İstehsalat Birliyinindən məlumat verilib.
Bildirilir ki, məsələdən xəbərdar olan Birlik rəhbərliyinin müraciətinə adekvat olaraq, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları dərhal hərəkətə keçib.
Araşdırma nəticəsində məlum olub ki, sayğacı satışa çıxaran şəxs Nərmin adlı bir xanımdır. Əməliyyat nəticəsində saxlanılan xanım “alverçi” sorğu-sual edilir.
“İnanırıq ki, məsələ öz hüquqi həllini tapacaq. Azəriqaz İB olaraq vətəndaşlardan xahiş edirik ki, bu kimi hallardan çəkinsinlər. Çünki gec-tez üstü açılan bu tip əməllərin mütləq şəkildə cəzası olur”, – deyə qurumun məlumatında deyilir.
report
Bölməyə aid digər xəbərlər