Masallıda tələbəni avtomobil vuraraq öldürüb

Masallıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Masallının Təzə Alvadı kəndində baş verib.

Kənd sakini Aylin Məmmədova axşam saatlarında marşrutdan düşüb yolun qarşı tərəfinə keçərkən əks tərəfdən gələn mikroavtobus onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, Aylin Məmmədova Lənkəran Dövlət Universitetinin 2-ci kurs tələbəsi olub. Hadisə o, universitetdən evə qayıdarkən baş verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Tarix: 17-01-2025, 13:13 Oxunub: 3 824


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31