Tovuzda iki qardaş faciəvi şəkildə öldü - TƏFƏRRÜAT

    Tovuzda iki qardaş faciəvi şəkildə vəfat edib.
 
   Rayona yas mərasiminə gələn qardaşların dəm qazından boğularaq öldükləri ehtimal edilir.
 
     Qardaşlar Sumqayıt şəhərində yaşayıblar. Onlar rayonun Əsrik Cırdaxan kəndinə yas mərasiminə gəliblərmiş. 72 yaşlı Rafiq Bayramov və qardaşı 63 yaşlı Ramiz Bayramov gecələmək üçün atalarına məxsus evdə qalıblar. Ancaq onlar dəm qazından boğularaq ölüblər.
 
    Yaxınlarının verdikləri məlumata görə, onların ata evində yatdıqları otaqdakı qaz sobasının borusunda quşlar yuva qurubmuş. Yatmazdan əvvəl qızdırıcını yandırıb, yuxuya gediblər. Səhər isə onların cansız bədənlərini bacıları aşkarlayıb.
 
     Hər iki qardaşın meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
 
    Faktla bağlı araşdırma aparılır.
 
     Mövzu ilə bağlı daha ətraflı  Xezerxeber -in  videomaterialında:


Tarix: 26-10-2024, 10:20 Oxunub: 2 744


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031