Zaqatalada külək ağacları elektrik xətlərinin üzərinə aşırdı

Güclü külək Zaqatalada fəsadlar törədib. Axşam saatlarından başlayaraq Balakən və Zaqatala rayonlarında hava şəraitinin kəskin dəyişməsi və güclü küləyin olması səbəbindən Zaqatala şəhəri və rayonun bir sıra yaşayış məntəqələrində ağaclar elektrik xətlərinin  üzərinə aşıb.

Rayonun Makov kəndi ərazisində bir neçə elektrik dirəyinin aşması nəticəsində bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Hazırda müvafiq qurumlar ərazilərdə qırılmış elektrik naqillərinin bərpa edilməsi istiqamətində işlər aparır.


Tarix: 13-06-2024, 09:25 Oxunub: 3 093


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31