Konsertində evləndiyini açıqlayan Hadisə bu dəfə ağladı



Türkiyənin məşhur pop ulduzu Hadise kövrək anları ilə gündəmə gəlib.
36 yaşlı sənətçi İzmir konserti zamanı “Küçük bir yol” mahnısını ifa edən vaxt ağlamağa başlayıb.
Həmin anları sosial şəbəkə hesabında paylaşan Hadise sözügedən mahnının onun üçün çox özəl olduğunu vurğulayıb:
“Düz iki il əvvəl bu gün həyatımın mahnısı adlandırdığım “Küçük bir yol”u təqdim etdim. Bizi belə güclü və mənalı mahnı ilə bir araya gətirdikləri üçün mahnının sözlərini yazan Devrim və Meteyə təşəkkür edirəm”.
Həmçinin sənətçi konsert zamanı auditoriaya "Siz heç yanılmısızmı?" sualını ünvanlayıb.
Qeyd edək ki, Hadise nişanlısı, iş adamı Mehmet Dinçerler ilə aprel ayında evlənib.


Tarix: 5-09-2022, 08:36 Oxunub: 305


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031