Bakıda DƏHŞƏT: Narkoman valideynlər körpəyə işgəncə verdilər



Bakıda valideynlər uşağına işgəncə verib. 

 Nərimanov rayonunda yaşayan ailədə körpəyə işgəncə verildiyini görən rayon polis idarəsinin əməkdaşları məsələyə müdaxilə ediblər.

Nəticədə körpə ailədən alınıb.

Məsələ ilə bağlı danışan “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə körpənin hər iki valideyninin narkotik aludəçisi olduğunu deyib:

“Uşağı gecə saatlarında Nərimanov Rayon Polis Şöbəsinin əməkdaşları sığınacağa gətiriblər. Təxminən körpənin 2 yaşı olar. 

Bizdə olan məlumata görə, hər iki valideyn narkotik istifadəçisidir. Bununla bağlı Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edəcəyik ki, məsələni nəzarətə götürsün. Sosial Xidmətlər Agentliyi tərəfindən ailə qiymətləndirilsin. 

Uşağın əlində yaralar var. Ehtimal edirik ki, baxımsızlıq səbəbindən yaralar yaranıb. Bilmirik, bəlkə də uşağa nə isə ediblər. Çünki ilk dəfə deyil. Körpəni tibbi müayinədən keçirəcəyik. Onda hər şey tam dəqiq bilinəcək”.

Lent.az


Tarix: 9-08-2022, 11:19 Oxunub: 389


Bölməyə aid digər xəbərlər
14-03-2021, 21:21 Azərbaycanda qadın olmaq...


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930